IMG-LOGO

Tramp: İrandakı etirazlarlarda zor tətbiq edilərsə, müdaxilə edəcəyik

02 Jan 2026 12:44 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranda etirazlar güc tətbiq edilməklə yatırılarsa, Vaşinqton ora müdaxilə edə bilər.

"Report" xəbər verir ki, o bu barədə "Truth Social" sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.

"Əgər İran dinc nümayişçilərə atəş açıb və onlarla amansız davranarsa, ABŞ onlara kömək edəcək. Biz silahlanmışıq və döyüşə hazırıq", - D.Tramp yazıb.

Qeyd edək ki, İranda ağır iqtisadi vəziyyətlə əlaqədar beş gündür kütləvi etiraz aksiyaları keçirilir. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı ölənlər və yaralananlar var.

Xəbər lenti