Bakıda güclü külək fəsadsız ötüşməyib.
Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, iki gündür davam edən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Yanvarın 2-də gecədən səhərə kimi güclü külək nəticəsində 9 ağac sınıb, 6 ağacın budaqları qırılıb.
Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülüb, ərazi təmizlənib.
Güclü külək Bakı küləyi külək ağacları sındırdı Bakı icra hakimiyyəti





