IMG-LOGO

Şahbuzda qarın hündürlüyü 43 sm-ə çatıb

02 Jan 2026 11:54 3 baxış
IMG

Naxçıvan Muxtar Respublikasının müxtəlif rayon və kəndlərində zəif qar yağışı müşahidə edilib.

Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"un yerli bürosuna verilən məlumata görə, Kəngərli, Şərur, Culfa, Sədərək, Şahbuz, Ordubad, Biçənək, Parağaçay, Axura və Kükü ərazilərində yağıntı əsasən zəif intensivlikdə olub.

Sədərək rayonu ərazisində qar örtüyünün hündürlüyü 6 sm, Axura kəndində 9 sm, Şahbuz rayonunda isə 5 sm təşkil edir.

Bildirilib ki, Kükü ərazisində qar örtüyünün hündürlüyü 37 sm, Biçənəkdə 43 sm, Parağaçay Qar Uçqunu Stansiyasında isə 16 sm ölçülüb.

Bəzi ərazilərdə qar yağışı fasilələrlə davam edir.

Xəbər lenti