"Gəncə" heyətini yeni voleybolçu ilə gücləndirib.
Bu barədə "Report"a bölgə təmsilçisindən məlumat verilib.
Türkiyəli oyunçu Aysu Elveren ilə müqavilə imzalanıb.
21 yaşlı voleybolçunun son klubu Kosova təmsilçisi "Gjinoci" olub. A.Elveren daha əvvəl ölkəsinin "Çanaqqala Bələdiyəspor", "Ortakçı Orhaniyespor", "Bahçelievler Belediyesi" və "Vakıfbank" komandalarının şərəfini qoruyub.