İngiltərə Premyer Liqasının XIX turunda "Lids Yunayted"lə oyun "Liverpul"un qapıçısı Alison Beker üçün əlamətdar olub.
"Report" Mersisayd təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı qolkiperin komandanın heyətində çempionatda qol buraxmadığı matçların sayı 100-ə çatıb.
Sözügedən qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, 33 yaşlı qapıçı cari mövsüm Premyer Liqada 14 görüşdə meydanda olub.