IMG-LOGO

Futbolda 2025: Luis Enrikenin ili oldu

02 Jan 2026 10:03 2 baxış
IMG
0 0

PSJ komandasının ispaniyalı məşqçisi Luis Enrike 2025-ci il ərzində Paris klubu ilə altı kubok qazanıb. 

Təcrübəli məşqçi Çempionlar Liqasını, UEFA Super Kubokunu, Liqa 1-i, Fransa Kubokunu, Fransa Super Kubokunu və FIFA Qitələrarası Kubokunu qazanıb, həmçinin FIFA-nın "İlin məşqçisi" mükafatına layiq görülüb. 

Lent.az-ın xarici mdiaya istinadla xəbərinə görə, beləliklə, ispaniyalı məşqçi Luis Enrike 2025-ci ilin ən uğurlu futbol baş məşqçisi seçilib.

AA-nın 2025-ci ildə idmanın görkəmli simaları haqqında məqaləsinin bu bölməsi nailiyyətləri ilə fərqlənən baş məşqçilərə həsr olunub. PSJ-də ikinci ilində məğlubedilməz bir komanda quran Luis Enrike, komandasını il ərzində kubok qazanma seriyasına aparıb.

 

Luis Enrike PSJ-nin baş məşqçisi

Xəbər lenti