IMG-LOGO

Yeni il şənliyindən sonra iki məktəbli yanaraq öldü

02 Jan 2026 09:26 2 baxış
IMG
0 0

Rusiyanın Sverdlovsk vilayətində Yeni ilin qeyd olunmasından sonra faciə baş verib. Evdə sobanı yandırmaq cəhdi iri yanğınla nəticələnib və uşaqların ölümü ilə yekunlaşıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, ilkin məlumata görə, 17 yaşlı yeniyetmə sobanın içinə tezalışan maye töküb. Alovlanma bir anda baş verib. Yanğın sürətlə evi bürüdüyü üçün içəridə olanlar xilas olmağa vaxt tapmayıblar.

Alınan yanıq xəsarətləri nəticəsində iki məktəbli — 14 və 12 yaşlı uşaqlar həyatını itirib. Daha üç yeniyetmə ağır termiki xəsarətlərlə təcili şəkildə tibb müəssisəsinə çatdırılıb, onların vəziyyəti ağır kimi qiymətləndirilir.

Yanğın söndürülsə də, ev yararsız hala düşüb.

Hadisə faktı üzrə cinayət işi başlanıb. İstintaq orqanları baş verənlərin bütün hallarını araşdırır.

Hadisələr Yeni il şənliyi evdə yanğın

Xəbər lenti