IMG-LOGO

KİV: Aktyor Tommi Li Consun qızı ölü tapılıb

02 Jan 2026 07:18 4 baxış
IMG

Amerikalı aktyor Tommi Li Consun qızı Viktoriya Kaliforniyadakı otellərin birində ölü tapılıb.

"Report" xəbər verir ki, bu barədə TMZ portalı mənbələrə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Viktoriyanın cəsədini yanvarın 1-i səhər saatlarında San-Fransiskodakı otellərin birində aşkar ediblər. Polisin portala dəqiqləşdirməsinə görə, əməkdaşlar meyitin tapılması ilə bağlı daxil olan məlumat əsasında saat 04:00 radələrində (Bakı vaxtı ilə təxminən 16:00-da) otelə gəliblər.

Hadisə yerinə məhkəmə-tibbi ekspertinin gəldiyi və araşdırma apardığı bildirilir.

Ölümün səbəbi hələlik məlum deyil.

Xəbər lenti