IMG-LOGO

Goranboyda minik avtomobili aşdı: 2 nəfər öldü

02 Jan 2026 00:36 3 baxış
IMG
0 0

Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Priora" markalı minik avtomobili idarəetmədən çıxıb.

Nəticədə minik avtomobili yol kənarına aşıb. Qəza nəticəsində Goranboy sakini A. Həsənov hadisə yerində ölüb, iki nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanaya yerləşdirilən həmin şəxslərdən birini xilas etmək mümkün olmayıb.

 

 

qəza Goranboy

Xəbər lenti