Azərbaycanın 3 sərbəst güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirinin ilk günündə bürünc medal qazanıb.
“Report”un məlumatına görə, bunlar 61 kq çəkidə mübarizə aparan Əliabbas Rzazadə, Nurəddin Novruzov və 74 kq-da çıxış edən Cəbrayıl Qadjiyev olublar.
Bu gün xalça üzərində çıxan İslam Bazarqanov (57 kq), Zirəddin Bayramov (65 kq), Arseni Djioyev və Osman Nurmaqomedov (hər ikisi 86 kq) isə medal qazana bilməyiblər.
Qeyd edək ki, yanvarın 11-də yığmanın digər üzvləri Georgi Meşvildişvili və Vaxit Qalayev (hər ikisi 125 kq), həmçinin qadın güləşçi Gültəkin Şirinova (55 kq) mübarizəyə qoşulacaqlar.
Bizim WhatsApp kanalımıza abunə olun