IMG-LOGO

Lənkəranda ev yandı

01 Jan 2026 21:29 7 baxış
IMG
0 0

Lənkəranda fərdi yaşayış evində yanğın baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Şıxakəran kəndində bir evdə qeydə alınıb.

İlkin məlumata görə Samir adlı kənd sakininə məxsus olan ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Əraziyə FHN-nin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Əldə etdiyimiz məlumata görə ev sahibləri Rusiya Federasiyasında yaşayır. Evdə yaşayış olmayıb.

Faktla bağlı araşdırma aparılır.

yanğın Lənkəran

Xəbər lenti