IMG-LOGO

Hindistanda sudan 13 nəfər ölüb, 160-dan çox insan xəstəxanaya yerləşdirilib

01 Jan 2026 16:19 4 baxış
IMG

Hindistanın Madhya-Pradeş ştatının İndor şəhərində azı 13 nəfər su içdikdən sonra ölüb.

"Report" xəbər verir ki, bu barədə "India TV" telekanalı məlumat yayıb.

Bundan əlavə, şəhərin 160-dan çox sakini xəstəxanalarda ağır vəziyyətdə saxlanılır. Zərərçəkənlərin ümumi sayı təxminən 1,3 min nəfərdir.

Hadisədən sonra bələdiyyə korporasiyasının iki əməkdaşı və daha bir məmur işdən çıxarılıb.

Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.

Xəbər lenti