Yanvarın 1-də vəzifəyə başlayan İsveçrə Prezidenti Gi Parmelin partlayış və yanğın nəticəsində 40 nəfərin öldüyü Kran-Montana dağ-xizək kurortuna yollanıb.
"Report"un məlumatına görə, o bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Ötən gün axşam Kran-Montanadakı sevincli anlar faciəyə çevrildi. Federal Şura ölənlərin ailələrinə başsağlığı verir", - o bildirib.
16:22
Yanvarın 1-də vəzifəyə başlayan İsveçrə Prezidenti Gi Parmelin Kran-Montana dağ-xizək kurortundakı partlayış və yanğın səbəbindən yeni il müraciətini təxirə salıb.
"Report"un məlumatına görə, bu barədə "Tages-Anzeiger" yazıb.
"G.Parmelin baş verən hadisə ilə əlaqədar olaraq müraciətini təxirə salıb. O bunu partlayış qurbanlarının ailələrinin kədərinə hörmət əlaməti olaraq edir", - məlumatda bildirilib.
Son məlumatlara görə, hadisə nəticəsində təxminən 40 nəfər ölüb.