IMG-LOGO

Sumqayıtda kafel-metlax sexində yanğın olub

01 Jan 2026 10:11 4 baxış
IMG

Sumqayıtda kafel-metlax istehsalat müəssisəsində yanğın baş verib.

"Report"un yerli bürosu məlumat verir ki, Abdullayev Anar Abdulla oğluna məxsus Sumqayıt şəhəri, Kimyaçılar yaşayış massivi ərazisində yerləşən kafel-metlax yapışdırıcı sexində, "Nanokim" MMC-yə məxsus istehsalat sahəsində yanğın qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Yanğın söndürülərək ərazinin təhlükəsizliyi təmin edilib.

Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.

Xəbər lenti