İngiltərənin "Çelsi" klubu baş məşqçi Entso Mareska ilə yaxın günlərdə yollarını ayıra bilər.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, mütxəssislə klub rəhbərliyi arasında münasibətlər tamamilə korlanıb.
Buna səbəb komandanın son nəticələridir. Londonlular son 9 matçda cəmi 2 qələbə qazanıb.
Qeyd edək ki, "Çelsi" İngiltərə Premyer Liqasında 19 turdan sonra 30 xalla 5-ci yerdə qərarlaşıb.