“Araz-Naxçıvan” “Sabah”ın futbolçusu İldar Alekperovu heyətinə qatıb.
“Report”un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, 23 yaşlı hücumçu icarəyə götürülüb.
Hər iki cinahda və hücumda oynamaq keyfiyyətinə malik 23 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın heyətində yer alacaq. O, Naxçıvan komandasında 17 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında ilk yarıdan sonra 26 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Bizim Telegram kanalımıza abunə olun