IMG-LOGO

Dünya futbolunun ən bahalı müdafiəçisi məlum oldu

01 Jan 2026 04:17 3 baxış
IMG
0 0

"Transfermarkt" portalı dünyanın hazırda ən bahalı müdafiəçilərinin reytinqini tərtib edib.

Lent.az xəbər verir ki, ilk sıra "Arsenal" və Fransa millisinin oyunçusu Uilyam Salibaya məxsusdur. 24 yaşlı topçu 90 milyon avro dəyərində qiymətləndirilir.

Reytinqdə ikinci yeri "Barselona"nın 18 yaşlı oyunçusu Pau Kubarsi (80 milyon avro) tutur.

İlk üçlüyü "İnter"in 26 yaşlı oyunçusu Alessandro Bastoni (80 milyon avro) tamamlayır.

Qeyd edək ki, mediada "Real Madrid" və PSJ-nin Salibanın xidmətlərində maraqlı olduğu, lakin "Arsenal"ın öz ulduzunu satmaq istəmədiyi barədə məlumatlar yayılıb.

saliba

Xəbər lenti