Azərbaycanın cüdo üzrə yığma komandasının üzvləri hazırda Avstriyanın Mittersill şəhərində keçirilən olimpiya təlim-məşq toplanışında iştirak edirlər.
Federasiyadan "Report"a verilən məlumata görə, hazırlıq prosesi yanvarın 16-da başa çatacaq.
Toplanışa ölkənin 36 idmançısı qatılıb. Düşərgə yeni mövsüm üçün əsas hazırlıq mərhələsi hesab olunur.
Məşqdə Azərbaycan yığması ilə yanaşı, Yaponiya, Hollandiya, Fransa və Gürcüstan kimi tanınmış cüdo ölkələrinin təmsilçiləri də fəal iştirak edirlər.
Qeyd edək ki, Olimpiya təlim-məşq düşərgəsinə 55 müxtəlif ölkədən 902 idmançı qatılıb.
Bizim WhatsApp kanalımıza abunə olun