IMG-LOGO

“Fast food”un IQ səviyyəsini aşağı saldığı məlum oldu

20.11.2023 13:58 68 baxış
IMG

“Fast food” istehlakı ilə koqnitiv zəifləmə arasında əlaqə tapılıb. 

Lent.az xəbər verir ki, bunu Böyük Britaniyadan olan tədqiqatçılar aşkar ediblər.

Alimlərin hesablamalarına görə, müxtəlif qidalardan karbohidrat və şəkərlə zəngin qidalara keçid nəticəsində bəşəriyyətin İQ səviyyəsi hər nəsildə təxminən 7% azalır.

Bildirilir ki, “fast food”da insan beyninin inkişafına töhfə verən omeqa-3 kimi qida maddələri yoxdur.

Britaniya alimləri qeyd edirlər ki, bu cür qidaların müntəzəm istehlakı və sağlam yağları olan qidalardan imtina edilməsi ilə zaman keçdikcə zehni qabiliyyətlərin azalması, eləcə də psixi sağlamlıq problemləri ola bilər.

Onlar iddia edirlər ki, ən zərərli olanlar ucuz maddələrdən hazırlanan pizzalar, yağlı kabablar, şirniyyatlar və yağda qızardılmış toyuqdur. 

Xəbər lenti