IMG-LOGO

Zərdabda yol qəzası-Xəsarət alanlar var-FOTO

31 Dec 2025 19:44 5 baxış
IMG
0 0

Zərdabda yol qəzası olub, xəsarət alanlar var.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Kürdəmir-Zərdab avtomobil yolunun Zərdab rayonunun Qaravəlli kəndindən keçən hissəsində baş verib.

İki minik maşınının toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. Xəsarət alanlar Zərdab rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan 4-nün durumu orta-ağırdır, yüngül xəsarət alan 4 nəfər isə  həkim müayinəsindən sonra evə buraxılıb. 

Faktla bağlı araşdırma aparılır.

Zərdab qəza

Xəbər lenti