IMG-LOGO

Göyçayda iki avtomobil toqquşdu-5 nəfər xəsarət alıb

31 Dec 2025 19:01 3 baxış
IMG
0 0

Göyçayda iki avtomobil toqquşub, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki,  hadisə rayonun Mırtı kəndi ərazisində qeydə alınıb.

“Mercedes” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2-i azyaşlı olmaqla, 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Göyçay qəza

Xəbər lenti