Yanvarın 11-də Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, saat 14:30-da başlanacaq toplantının gündəliyinə bir neçə məsələ daxil edilib.
Bunlar AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən edilməsi, aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə (U-21 istisna olmaqla) və digər məsələlərdir.
Bizim WhatsApp kanalımıza abunə olun