IMG-LOGO

Mark-Andre ter Şteqen "Barselona"dakı gələcəyi ilə bağlı qərar verib

31 Dec 2025 16:21 5 baxış
IMG

İspaniya təmsilçisi "Barselona"nın qapıçısı Mark-Andre ter Şteqen gələcəyi ilə bağlı qərar verib.

"Report" "Diario Sport"a istinadən xəbər verir ki, o, kataloniyalıların heyətindən ayrılmağa hazırdır.

Türkiyə və İngiltərə klublarından təklif alan qolkiper, yalnız İspaniya komandalarına keçməyə müsbət baxır. İspaniyadakı yaşayışını davam etdirmək istəyən "əlcək sahibi"nin "Jirona"ya icarə əsasında yollanması inandırıcı görünür.

Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ildə 12 milyon avroya Almaniyanın "Borussiya" (Münhenqladbax) klubundan "Barselona"ya keçib. Onun müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

"Transfermarkt" portalı 33 yaşlı qapıçının dəyərini 7 milyon avro olaraq qiymətləndirir.

Xəbər lenti