IMG-LOGO

Lerikdə avtomobil dərəyə aşdı-Xəsarət alanlar var

31 Dec 2025 12:04 5 baxış
IMG
0 0

Lerikdə avtomobil dərəyə aşıb, 6 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Lerik rayonu ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan 6 nəfəri Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

İlkin məlumata görə, onlar Bakıdan Lerikə gedirmişlər.

Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

Lerik qəza

Xəbər lenti