Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu Joao Kanselo İtaliyanın "İnter" komandası ilə anlaşa bilər.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano bildirib.
Milan təmsilçisinin rəhbərliyi Portuqaliya yığmasının müdafiəçisi ilə danışıqlara başlayıb. Hazırda onun icarə əsasında "İnter"də çıxış etməsi məsələsi müzakirə olunur.
Qeyd edək ki, Kanselo bu mövsüm Pro Liqada cəmi iki oyunda iştirak edib və qol vurmayıb