IMG-LOGO

"Çelsi"nin baş məşqçisi xəstələndiyi üçün mətbuat konfransına gələ bilməyib

31 Dec 2025 10:13 4 baxış
IMG

"Çelsi"nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının XIX turunda "Bornmut"la 2:2 hesablı heç-heçə ilə başa çatan oyundan sonra mətbuat konfransını buraxıb.

"Report" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis səhhətində kəskin pisləşmə yaşadığı üçün jurnalistlərin suallarını cavablandıra bilməyib.

Onun əvəzinə mətbuat konfransında köməkçi məşqçi Villi Kaballero iştirak edib.

Kaballero bildirib ki, Mareska son iki gündür özünü yaxşı hiss etmir və xəstələnib.

Hazırda Entso Mareskanın vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

Xəbər lenti