Afrika Millətlər Kubokunda, Uqanda və Nigeriya komandalarının üz-üzə gəldiyi oyunda maraqlı hadisə yaşanıb.
"Report" xəbər verir ki, qarşılaşma ərzində Uqanda yığmasının üç qapıçısı da meydana çıxıb.
Belə ki, matça start heyətində başlayan qolkiper Denis Masinde Onyanqo zədə səbibindən yerini Salim Maqulaya verib. Sonuncu isə 56-cı dəqiqədə cərimə meydançasının kənarında əllə oynadığına görə qırmızı vərəqə alaraq meydandan qovulub.
Milli oyunu üçüncü qapıçı Nafyan Alionzi ilə tamamlayıb. Görüş Nigeriyanın 3:1 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, Nigeriya yer aldığı qrupu 9 xalla lider başa vurub. Uqanda isə 1 xalla mübarizəni dayandırıb. Mərakeşdə baş tutan turnirin qrup mərhələsinin görüşlərinə bu gün yekun vurulacaq.