IMG-LOGO

İngiltərə klubu Premyer Liqanın 123 il əvvəlki antirekordunu təkrarlayıb

31 Dec 2025 09:42 2 baxış
IMG

Ötən gün İngiltərə Premyer Liqasının XIX turunda "Mançester Yunayted"lə 1:1 hesablı heç-heçəyə razılaşan autsayder "Vulverhempton" 123 il əvvəlki antirekordu təkrarlayıb.

"Report" xəbər verir ki, "sarı-qaralar" bu nəticə ilə İngiltərədə mövsümün startından etibarən 19 turda qələbə qazana bilməyən ikinci komanda olub.

Sonuncu dəfə bu cür uğursuzluğu "Bolton" kollektivi (1902/1903) yaşayıb.

Qeyd edək ki, "Vulverhempton" cari mövsüm üç matçda bərabərə qalıb, 16 oyunda uduzub. Komanda 3 xalla turnir cədvəlinin axırıncı pilləsində yer alıb.

Xəbər lenti