IMG-LOGO

Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var

31 Dec 2025 08:36 5 baxış
IMG

Rusiya qoşunlarının gecə hücumu nəticəsində Ukraynanın Odessa şəhərində azı dörd nəfər xəsarət alıb. Zərbələrdən sonra evlər və avtomobillər yanıb.

"Report"un məlumatına görə, bu barədə "RBK-Ukraina" yerli rəsmilərə istinadən xəbər yayıb.

Şəhərin hərbi administrasiyasının rəhbəri Sergey Lısak iki rayonda çoxmərtəbəli binaların vurulduğunu və bir binada mənzil yanğınının baş verdiyini, nəticədə üçü uşaq da daxil olmaqla dörd nəfərin xəsarət aldığını qeyd edib.

"Zərərçəkənlərin hamısı tibb müəssisələrinə aparılıb və bütün zəruri yardımlar göstərilir", - o, teleqram kanalında yazıb.

Regional hərbi administrasiyanın rəhbəri Oleq Kiper fövqəladə xidmətlərin hadisə yerində işlədiyini bildirib.

"Zərər çəkmiş binaların sakinlərinə yardım göstərilir", - regional hərbi administrasiyanın rəhbəri əlavə edib.

Xəbər lenti