IMG-LOGO

Qvineyanın hazırkı dövlət başçısı prezident seçkilərində qalib gəlib

31 Dec 2025 07:07 5 baxış
IMG

Qvineyanın keçid dövrü üçün 45 yaşlı rəhbəri Mamadi Dumbuya dekabrın 28-də keçirilən prezident seçkilərində qalib gəlib.

"Report"un Qvineyanın Radio və Televiziya Xidmətinə istinadən məlumatına görə, bu barədə Seçkilər üzrə Baş İdarəsinin direktoru Cenab Ture bildirib.

O, ilkin nəticələri açıqlayıb. "Dumbuya seçkilərdə səslərin 86,72 %-ni qazanıb. İkinci tur olmayacaq", - C.Ture deyib.

Prezidentlik uğrunda doqquz namizəd yarışıb. Konstitusiya Məhkəməsi bütün şikayət və müraciətlərə baxdıqdan sonra yekun nəticəni müəyyən edəcək, bunun üçün bir həftə vaxt var.

Seçkilər sentyabrda keçirilən milli referendumda qəbul edilmiş yeni konstitusiyaya əsasən təşkil olunub. Konstitusiya prezidentlik müddətini beş ildən yeddi ilə qədər artırıb. Lakin bir şəxsin dövlət başçısı kimi iki müddətə məhdudlaşdıran müddəa qüvvədə qalır.

Xəbər lenti