Norveç millisinin futbolçusu Erlinq Holannın İngiltərənin "Mançester Siti" klubunu tərk edəcəyi ehtimal olunur.
"Report" xəbər verir ki, bu iddianı jurnalist Fransua Qalardo irəli sürüb.
Onun sözlərinə görə, 23 yaşlı hücumçu yayda İspaniyanın "Barselona" komandasına keçəcək. Kataloniya təmsilçisinin forvard üçün 100 milyon avro ödəyəcəyi də vurğulanıb.
Qeyd edək ki, Erlinq Holann 2022-ci ilin yayında Almaniyanın "Borussiya" (Dortmund) klubundan "şəhərlilər"ə keçib. O, cari mövsüm bütün turnirlərdə 22 oyuna 19 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim Telegram kanalımıza abunə olun