IMG-LOGO

Peruda qatarların toqquşması nəticəsində bir maşinist ölüb, onlarla insan yaralanıb

31 Dec 2025 04:52 4 baxış
IMG

Perunun əsas turistik məkanı olan Maçu-Pikçuya aparan dəmiryolunda iki qatarın toqquşması nəticəsində bir maşinist ölüb, təxminən 40 nəfər yaralanıb.

"Report" bu barədə "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, qatarlar əsasən turist daşıyan "Inca Rail SA" və "PeruRail SA" şirkətlərinə məxsus olub. Səhiyyə rəsmisi yaralılardan təxminən 20 nəfərin vəziyyətinin nisbətən ağır olduğunu bildirib.

Polis həmçinin bildirib ki, yaralananlar arasında xarici turistlər də var və onlardan bəzilərinə dəmir yolunun yaxınlığında tibbi yardım göstərilib.

Hakimiyyət orqanları hadisənin səbəblərini araşdırır.

Xəbər lenti