IMG-LOGO

Tibb bacısı ruhi xəstə ilə intim münasibət zamanı YAXALANDI

20.11.2023 12:34 105 baxış
IMG

İngiltərədə tibb bacısı ruhi xəstə ilə cinsi əlaqədə olub.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı qadın Jill McLaren 2018-ci ilin iyul ayında Şotlandiyanın Qlazqo şəhərində psixiatriya klinikasında xəstə ilə tanış olub. Tibb bacısı hər ikisinin idman etməyi xoşladığını biləndə kişi ilə danışmağa başlayıb. Həmin adamı daha tez-tez görmək üçün Jill onun müalicə olunduğu şöbədə növbətçiliyə başlayıb.

Bir müddət sonra tibb bacısı onunla cinsi əlaqədə olub. Daha sonra o, ruhi xəstəni evinə gətirib və yenidən onunla intim münasibət qurub. Onların münasibətləri 2019-cu ilin avqust ayına qədər davam edib. 

Klinika işçiləri onların münasibətindən xəbər tutublar. Tibb bacısı xəstə ilə cinsi əlaqədə olduğunu etiraf edib və həbs edilib.   

Xəbər lenti