İş adamı Samvel Karapetyan Ermənistandakı istintaq təcridxanasından ev dustaqlığına köçürüləcək.
"Report" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Armen Feroyan bildirib.
"Məhkəmə vəsatətimizi nəzərdən keçirdikdən sonra onun qismən təmin edilməsinə qərar verib", - o qeyd edib.
Qərara əsasən, Karapetyan girov qarşılığında ev dustaqlığına buraxılacaq.
Xatırladaq ki, Karapetyan 18 iyunda Ermənistan hökumətini devirməyə çağırış ittihamı ilə iki ay müddətinə həbs edilib.