IMG-LOGO

Prezident: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar

08 Nov 2026 12:14 3 baxış
IMG
0 0

O binada (Xankəndidəki keçmiş icra hakimiyyətinin binası - red.) oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar.

Lent.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

“Onlar Bakıya tanklarla gəlmək istəyirdilər, Bakıda çay içmək istəyirdilər. Təkəbbürlü bəyanatlar verirdilər, çünki sığınmışdılar bəzilərinin qucağına və hesab edirdilər ki, əbədi işğalçılıq siyasətini aparacaqlar. Biz isə onlara göstərdik kim kimdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev

Mənbə: lent.az

Xəbər lenti