IMG-LOGO

Zelenski: ABŞ qoşunlarının Ukraynada yerləşdirilməsi imkanını müzakirə edirik

30 Dec 2025 20:28 5 baxış
IMG

"İstəklilər koalisiyası"nın nümayəndələri təhlükəsizlik zəmanətləri çərçivəsində ABŞ qoşunlarının Ukraynada mümkün yerləşdirilməsini müzakirə edirlər.

"Report" "İnterfaks-Ukrayna"ya xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.

"Şübhəsiz ki, biz (ABŞ qoşunlarının yerləşdirilməsini – red.) həm ABŞ Prezidenti Donald Tramp, həm də "istəkli koalisiya"sının nümayəndələri ilə müzakirə edirik. Bu, təhlükəsizlik zəmanətləri məsələsində güclü mövqe olardı. Lakin son qərarı ABŞ rəhbərliyi verəcək", – Zelenski qeyd edib.

Xəbər lenti