Ukrayna Prezidenti Volodimir Zelenski "istəklilər koalisiyası" ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə beynəlxalq görüşün hazırlanması barədə məlumat verib.
"Report" xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında yazıb.
"Rüstəm Umerov (Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi - red.) mənə "istəklilər koalisiyası" ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə yaxın zamanda görüş keçirmək barədə əldə olunan razılıq haqqında məruzə edib. Bunu 3 yanvarda Ukraynada keçirməyi planlaşdırırıq", - o qeyd edib.
Ukrayna liderinin sözlərinə görə, bundan sonra yanvarın 6-da Fransada liderlər səviyyəsində görüş planlaşdırılır. Zelenski vurğulayıb ki, ölkəsinin nümayəndə heyəti bütün razılaşmaların reallaşdırılması üzərində fəal işləyir.