İngiltərə təmsilçisi "Arsenal"ın futbolçusu Deklan Rays zədələnərək sıradan çıxıb.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano bildirib.
Futbolçu dizindən zədə alaraq məşqlərdən kənarda qalıb. Onun hansı müddətə yaşıl meydanlardan uzaq qalacağı tibbi müayinədən sonra bəlli olacaq.
Qeyd edək ki, "Arsenal" Premyer Liqanın XIX turunda "Aston Villa" ilə üz-üzə gələcək. Deklan Raysın həmin matçı buraxacağı gözlənilir.