IMG-LOGO

Naxçıvanda 3 minə yaxın abonentin qazı kəsildi

30 Dec 2025 19:19 5 baxış
IMG
0 0

Naxçıvanda minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində qaz xətti yararsız hala düşüb.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Culfa şəhəri, Ordubadi küçəsində baş verib.

Təhlükəsizlik səbəbi ilə 2920 abonentin qaz təchizatı dayandırılıb. Bildirilib ki, bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Hadisələr

Xəbər lenti