Azərbaycanın hüdudlarından kənarda yaradılmış cinayətkar birliyin üzvü olmaqda təqsirləndirilən Sənan Rəhimlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 13-nə təyin edilib.
Sənan Rəhimliyə Cinayət Məcəlləsinin 12.1-ci (cinayət qanununun Azərbaycan ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 283-1.3-cü (dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycanın hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə və döyüş təlimlərində iştirak etmə) maddələri ilə yekun ittiham elan olunub. (APA)
Hadisələr