IMG-LOGO

Premyer Liqa klubları İngiltərə millisinin üzvü ilə maraqlanır

30 Dec 2025 17:17 4 baxış
IMG

İngiltərə Premyer Liqasında çıxış edən üç klub İspaniya təmsilçisi "Real"da çıxış edən futbolçu Trent Aleksandr-Arnoldla maraqlanır.

"Report" "Give me Sport"a istinadən xəbər verir ki, "Mançester Siti", "Mançester Yunayted" və "Nyukasl" oyunçunun vəziyyətini izləyir.

Yayda "Liverpul"dan "Real"a keçən oyunçu zədələr və digər problemlər səbəbindən komandaya tam uyğunlaşa bilməyib.

Qeyd edək ki, İngiltərə millisinin üzvü cari mövsüm La Liqada 8, UEFA Çempionlar Liqasında isə 3 matçda forma geyinib.

Xəbər lenti