"Şaxtyor"un və Ukrayna millisinin müdafiəçisi Yuhim Konoplya karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
"Report"un "Sport.ua"ya istinadən məlumatına görə, "Verder" klubu 26 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.
Alman klubunun rəhbərliyi qış fasiləsi ərzində keçidi rəsmiləşdirməyə hazırlaşır. Ukraynalı oyunçunun bazar dəyəri 5 milyon avro qiymətləndirilir. Müdafiəçinin "Şaxtyor"la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.
Qeyd edək ki, Y.Konoplya 2025/2026 mövsümünün ilk yarısında meydana çıxdığı 19 oyunda iki qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.