IMG-LOGO

"Yuventus" "Real"ın hücumçusunu transfer etmək istəyir

30 Dec 2025 16:29 5 baxış
IMG

İtaliyanın "Yuventus" klubu İspaniya təmsilçisi "Real"da çıxış edən Qonsalo Qarsiyanı transfer etmək istəyir.

"Report" insayder Canluka Di Martsioya istinadən xəbər verir ki, 21 yaşlı hücumçu Turin komandasının əsas prioritet hədəfinə çevrilib.

İspaniyalı futbolçu Madrid klubunda forma şansı əldə etməkdə çətinlik çəkir.

Qeyd edək ki, Qonsalo Qarsiya cari mövsüm 17 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti