Ədliyyə naziri Fərid Əhmədov Prezident İlham Əliyevin "Ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında" 22 noyabr 2025-ci il tarixli Sərəncamına əsasən medalla təltif olunan əməkdaşları qəbul edib.
Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə "Tərəqqi" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilən nazirliyin bir qrup əməkdaşına medalları təqdim edilib.
Eyni zamanda, ədliyyə naziri bir sıra birinci instansiya məhkəmələrinin hakimləri vəzifəsinə təyin edilmiş ədliyyə işçiləri ilə görüş keçirib.
Nazir qeyd edib ki, əməkdaşların hakim vəzifəsinə seçilməsi onların uzunmüddətli fəaliyyəti, yüksək peşəkarlığı və hüquqi sahədə qazandıqları zəngin təcrübənin nəticəsidir.

