Braziliya millisinin sabiq futbolçusu Markos Kafu həmyerlisi Rayanı İtaliyanın "Milan" klubuna məsləhət görüb.
"Report" xəbər verir ki, veteran oyunçu bu barədə "Calciomercato" nəşrinə açıqlama verib.
O, ölkəsinin "Vasko da Qama" komandasında çıxış edən vingerin istedadlı olduğunu bildirib:
"Rayan İtaliyanın istənilən böyük komandasına uyğunlaşa bilər. Möhtəşəm istedadı var. Futbol oynamağı bilir və qol vurmağı da bacarır. Onun cəmi 19 yaşı var və həqiqətən əla futbolçu olmaq potensialına malikdir".
Qeyd edək ki, Rayan 2025-ci ildə 49 matçda 17 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.