IMG-LOGO

"Karvan-Yevlax" I Liqa klubundan futbolçu transfer edib, iki keçid isə baş tutmayıb

30 Dec 2025 15:43 4 baxış
IMG

Misli Premyer Liqasında mübarizə aparan "Karvan-Yevlax" I Liqa klubundan futbolçu transfer edib.

"Report"un əldə etdiyi məlumata görə, Yevlax təmsilçisi "Mingəçevir"in yarımmüdafiəçisi Samir Abdullayevlə cari mövsümün sonuna qədər müqavilə imzalayacaq.

Bununla kifayətlənmək istəməyən komanda qış fasiləsində ən azı 1 əcnəbi futbolçunu da sıralarına cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, komanda qış fasiləsində "Turan Tovuz"dan ayrılan Veysəl Rzayev və müqavilə ilə "Sabah"a məxsus olan, lakin "Turan Tovuz"da çıxış edən Abdulla Rzayevi sıralarına qatmaq istəsə də, hər iki keçid baş tutmayıb.

Xəbər lenti