IMG-LOGO

Braziliya yığmasının sabiq hücumçusu A Seriyasında klubunu dəyişə bilər

30 Dec 2025 15:56 5 baxış
IMG

Braziliya yığmasının sabiq hücumçusu, hazırda "Atletiko Mineyro"nun formasını geyinən Halk A Seriyasında klubunu dəyişə bilər.

"Report" Braziliya mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı forvardın transferində "Botafoqo" maraqlıdır.

Artıq tərəflər arasında danışıqlara start verilib. Halkın "Atletiko Minyero" ilə müqaviləsinin müddəti 2026-cı ilin qışına qədər nəzərdə tutulub.

Qeyd edək ki, hücumçu bu mövsüm meydana çıxdığı 61 oyunda 21 qola, 8 məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" portalı futbolçunu 1,2 milyon avro dəyərində qiymətləndirir.

Xəbər lenti