IMG-LOGO

Gürcüstanda Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xeyriyyə aksiyası keçirilib

30 Dec 2025 14:45 6 baxış
IMG

Azərbaycanın Gürcüstandakı səfirliyi və "Azərbaycan Evi"nin birgə təşəbbüsü, eləcə də Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Yeni il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xeyriyyə aksiyası təşkil olunub.

"Report" Gürcüstan bürosu xəbər verir ki, aksiya çərçivəsində iki yüzdən artıq aztəminatlı ailələrə, ahıl şəxslərə və xəstələrə paylanıb.

Sosial yardımın çatdırılmasında Gürcüstan Müsəlmanları İdarəsi, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəliyi, "Xarı Bülbül" xeyriyyə təşkilatı, Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsi və digər dini icma rəhbərləri fəal iştirak ediblər.

Məqsəd Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində sosial həmrəyliyin gücləndirilməsi, ehtiyac sahiblərinə mənəvi və maddi dəstəyin göstərilməsi olub.

Xəbər lenti