IMG-LOGO

Əliyar Ağayev Premyer Liqanın ilk yarısında ən çox oyun idarə edən hakim olub - ARAŞDIRMA

30 Dec 2025 13:51 4 baxış
IMG

FIFA referisi Əliyar Ağayev Misli Premyer Liqasının 2025/2026 mövsümünün ilk yarısında ən çox oyun idarə edən hakim olub.

"Report"un araşdırmasına görə, 38 yaşlı ədalət təmsilçisi 16 turun 10-da meydana çıxıb.

Fərid Hacıyev və Cavid Cəlilov (hər ikisi 9) növbəti sıralarda yer alıblar.

Mövsümün ilk yarısında gerçəkləşən 95 matçı 14 referi idarə edib.

XIV turun "Qəbələ" - "Turan Tovuz" qarşılaşması duman səbəbindən təxirə salınıb. Həmin duel yeni oyun kimi keçiriləcəyi üçün siyahıya daxil edilməyib. Sözügedən görüşə Tural Qurbanov təyinat almışdı.

16 turda ən çox matç idarə edən hakimlər:

Əliyar Ağayev - 10 oyun

Fərid Hacıyev - 9 oyun

Cavid Cəlilov - 9 oyun

Tural Qurbanov - 8 oyun (təxirə salınmış oyun nəzərə alınmayıb)

Rəvan Həmzəzadə - 8 oyun

Rauf Cabarov - 8 oyun

Elçin Məsiyev - 8 oyun

Rəşad Əhmədov - 7 oyun

Kamal Umudlu - 7 oyun

İnqilab Məmmədov - 6 oyun

Kamranbəy Rəhimov - 6 oyun

Əli Əliyev - 4 oyun

Elvin Bayramov - 3 oyun

Nicat İsmayıllı - 2 oyun

Xəbər lenti