PSJ-nin hücumçusu Kilian Mbappe Paris klubundakı gələcəyi ilə bağlı qərar verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu PSJ-nin prezidenti Nasser Al-Helaifi ilə görüşmək və ona klubla 2024-cü ilin iyununda başa çatacaq müqaviləsini yeniləmək istəmədiyini bildirmək niyyətindədir.
Daha əvvəl "Liverpul"un Mbappenin transferi üçün danışıqlar aparmağa çalışdığı bildirilirdi.
"FootMercato" da "Real"ın fransız futbolçu ilə transferdə tam razılığa gəldiyini yazıb. Lakin bunu futbolçunun ətrafındakılar təkzib ediblər.
Bu mövsüm Mbappe PSJ-nin heyətində 24 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib.